Braziliya Ciu Citsu Klubu İctimai Birliyi – Braziliya Ciu Citsu özünümüdafiə sənətinin Azərbaycanda təbliğini və inkişafını təşkil etmək üçün ölkə ərazisində yaradılan ilk ictimai təşkilatdır. Azərbaycanda “Braziliya Ciu Citsu” idman növünün əsası 2008-ci ildə Braziliya Ciu Citsu üzrə professor Həsənov Taleh Məmməd oğlu tərəfindən qoyulmuşdur. “Braziliya Ciu Citsu Klubu” İctimai Birliyi 07.08.2012-ci il tarixində fiziki şəxslər Taleh Həsənov və Vüsal Həsənov tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin razılıq məktubu əsasında, 22.09.2012-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyidə dövlət qeydiyyatına alınmışdır. İctimai Birlik fəaliyyətini Azərbaycan Respublikası qeyri-hökumət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimləyir. Birliyə rəhbərliyi Braziliya Ciu Citsunun Azərbaycanda banisi Taleh Həsənov edir. “Braziliya Ciu Citsu Klubu” İctimai Birliyi, 2013-ci ildə “Beynəlxalq Braziliya Ciu Citsu  Federasiyası”-nın üzvülüyünə qəbul olub. “Braziliya Ciu Citsu Klubu” İctimai Birliyi – Braziliya Ciu Citsunun Azərbaycanda yaradıcısının məktəbidir.

Xəbərlər

Ciu-Citsu haqqında ən son xəbərlər

Bakı Turniri 10.12.2022

Bakı şəhər Gənclər və İdman İdarəsinin və Braziliya Ciu-Citsu Klubu İctimai Birliyin təşkilatçılığı ilə 10 dekabr 2022 il tarixində Hövsan Olimpiya idman kompleksinin böyük zalında Braziliya Ciu-Citsu (Gİ versiyası) üzrə Ulu öndər Heydər Əliyevin xatirəsinə Читать дальше…

Təşkilata üzv ol

Akadamiyanı qeydiyyatdan keçir

Əsas məşq zalımız

Bld Mihail Kogalniceanu, nr. 8,7652 Bucharest, Romania

Əlaqə Nömrəsi

Taleh Həsənov
+40 762 321 762
Mon - Fri, 8:00-22:00

ÜZV OL